Embassy of Israel in Azerbaijan    
 
  Select Your Language:  
 
 
     
  Advanced search
  Search Tips
 
Home Page
 
Israel Missions
Homepage
 
Our bookmarks
 
Feedback
 
Ministry of Foreign
Affairs (English)
 
Ministry of Foreign
Affairs (Hebrew)

 
Baku - Home Page Add-Ons

Prezident Peres Azərbaycan prezidentinə təşəkkür edib
26 Yanvar 2012
(Böyütmək üçün)

İsrail prezidenti Şimon Peres Azərbaycanda İsrail ictimai xadimlərinə qarşı törədilməsi planlaşdırılan terror aktının qarşısı alındığına görə prezident İlham Əliyevə təşəkkür edib, bu barədə İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

25 Yanvar 2012-ci ildə Davosda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İsrail Dövlətinin prezidenti Şimon Peresin görüşü olub. Görüş zamanı Şimon Peres İsrail vətəndaşlarının həyatını xilas etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Buna cavab olaraq Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan özünü, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarını müdafiə etmək gücündə olduğunu sübut edib. Azərbaycan prezidenti İsraillə bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib. 

 

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıldı, iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib...davam edin..



 


İsrail Knessetinin üzvü Benyamin Ben-Eliezerin APA-ya müsahibəsi
16 Yanvar 2012
(Böyütmək üçün)

Sizə İsrail Knessetinin üzvü, İsrailin sabiq müdafiə, infrastruktur və sənaye naziri Benyamin Ben-Eliezerin APA informasiya agentliyinə müsahibəsini təqdim edirik.


-Cənab Ben-Eliezer, bu il Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasından 20 il ötür. Son bir neçə ay ərzində İsraill’ Azərbaycan arası qarşılıqlı səfərlər həyata keçirilib. Dövlətlərimiz arasında əmtəə dövriyyəsi sürətlə artır. İki dövləti bir-birinə yaxınlaşdıran hansı məqamlardır?

- Öncə qeyd edim ki, bu, Bakıya ilk səfərim deyil. Azərbaycana yeddinci dəfədir gəlirəm. Burada Azərbaycan rəsmiləri ilə görüşdüm və istəyirəm ki, hamı bilsin - İsraildə Azərbaycana etibar edirlər və simpatiya bəsləyirlər. Xalqlarımız arasında oxşarlıqlar var. Bundan savayı hər iki dövlət qeyri-mehriban qonşuluqla əhatə olunub. İsraildə Azərbaycanla iqtisadi-ticarət münasibətlərini daha da genişləndirmək arzusu var. Bizim Azərbaycana təklif edə biləcəyimiz qabaqcıl təcrübə və texnologiyalarımız var - kənd təsərrüfatı, alternativ enerji, informasiya texnologiyaları və sairə. Ortaq məqamlar kifayət qədərdir və təəccüblü deyil ki, bizim münasibətlər irəliyə gedir.

- Bir qədər öncə İsrail Knessetinin komitəsində “erməni soyqırımı”na dair bir dinləmə keçirildi. Azərbaycanın kifayət qədər həssas yanaşdığı bu mövzu İsrail siyasi dairələri üçün nə dərəcədə mühüm bir məsələdir? İsraildə dərk edilirmi ki, “erməni soyqırımının” tanınması İsrailin Azərbaycandakı imicinə xələl gətirə bilər?

- İlk öncə qeyd edim ki, bu məsələnin Azərbaycana aidiyyəti yoxdur. Məsələnin mahiyyəti nədir - müvafiq təşəbbüslə çıxış etmiş millət vəkilləri Türkiyəyə “bizə mənəviyyat dərsi keçməyin” mesajını göndərmək istəyiblər. Yəni, bu mövzunun Türkiyəyə və...davam edin.

Çap görünüşü