Embassy of Israel in Azerbaijan    
 
  Select Your Language:  
 
 
     
  Advanced search
  Search Tips
 
Home Page
 
Israel Missions
Homepage
 
Our bookmarks
 
Feedback
 
Ministry of Foreign
Affairs (English)
 
Ministry of Foreign
Affairs (Hebrew)

 
Baku - Home Page Add-Ons

Səfir Lavon Lotem Xəzər Universitetində olmuşdur
14 dekabr 2009

Israil səfiri Lavon Lotem dekabrın 14-də Xəzər Universitetində olmuşdur. Universitetin rektoru Hamlet İsaxanlı səfiri isti qarşılayaraq ona bu təhsil ocağı haqqında məlumat vermişdir.

 

Universitetin rektoru ilə qısa görüçdən sonra safir Lavon Lotem Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşmüşdür. O İsrail və fələstinlilər arasında sülh prosesi haqqqında danışmışdır. Konfliktin tarixi haqqında danışarkən səfir Lavon Lotem bir sıra vacib məqamlar haqqında tələbələri məlumatlandırmışdır. O konfliktin kökləri, səbəbləri və xronologiyası, danışıqlar prosesi və İsrailin mövqeyini tələbələrə çatdırmışdır.

 

“Uzun sürən münaqişəni hələ də həll edə bilməməyimizə baxmayaraq, biz münaqişələrin həlli ilə bağlı böyük təcrübə qazanmışıq. Münaqişənın həlli prosesi bizə daha dərinə getməyə və bununla da müxtəlif danışıqlar modelləri ilə bağlı geniş bilgilər qazanmağa gətirib çıxarmışdır”, səfir Lavon Lotem bildirmişdir.


Israil səfirliyi avtomobil yolunun yenidənqurulması ilə bağlı maliyyə protokolunun imzalanmasını yüksək qarşılayır
9 dekabr 2009

Israil səfirliyi nəqliyyat və maliyyə nazirləri, Fransanın BNP Paribas Bankı, İsrailin “Bank Leumi” və “Bank Hapoalim” banklarının nümayəndələri tərəfindən Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması üçün maliyyə protokolunun imzalanmasını yüksək qiymətləndirir.

 

Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin (156km) yenidən qurulması layihəsi İsrail şirkətinin infrastruktur sektoruna cəlb olunmasında tarixi hadisədir.

 

İsrail hökuməti tərəflərə hökumətin kredit zəmanətini təmin etməklə maliyyə razılaşmasının imzalanmasına yardımçı olmuşdur. Bu, İsrail hökumətinin Azərbaycan iqtisdiyyatına inam və etibatını göstərməklə yanaşı iki ölkə arasında yaxın dostluq münasibətlərinin bariz nümunəsidir.

 

İcraçı şirkət olan Binui ve Shikun İsraildə aparıcı tikinti şirkətidir. O, yol tikintisindən başqa dəniz suyunun desalinasiyası (duzsuzlaşdırması) və alternativ enerji layihələri də həyata keçirir. Bundan başqa, şirkət çoxlu beynəlxalq layihələrə cəlb olunmuşdur. 


Azərbaycan və İsrail bir çox sahələrdə məhsuldar əməkdaşlıq edir - səfir Lavon-Lotem
2 dekabr 2009
(Böyütmək üçün)

"Hər iki ölkədə əldə olunan uğurlarla kifayətlənməmək istəyi var və mən bizim prezidentin rəsmi səfərindən sonra konkret addımlar görürəm. Əməkdaşlığın yeni mərhələsini ifadə edən bu səfər zamanı Azərbaycanın obrazı İsrailin KİV-də olduqca müsbət təqdim olunub ki, bu da israillilərə sizin ölkənizə yeni baxışla baxmağa imkan yaradıb."

 

Dekabrın 2-də İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Lavon-Lotem Trend Agentliyinə müsahibə vermişdir. İngilis dili üçün bura, rus dili üçün bura, və azərbaycan dili üçün bura daxil olun


Baş Nazir Netanyahunun BMT Baş Assambleyasında Nitqi
25 Sentyabr 2009
(Böyütmək üçün)

Cənab Prezident, Xanımlar və Cənablar,

 

Təxminən 62 il bundan öncə BMTı 3500 illik tarixə malik olan yəhudilərin  əcdadlarının torpaqlarında dövlət qurmaq hüquqlarını tanımışdır.

 

Bu gün mən yəhudi dövləti olan İsrailin Baş Naziri kimi qarşınızdayam və öz ölkəmin, xalqımın adından çıxış edirəm.

 

BMT II Dünya Müharibəsinin dəhşətləri və Holokostdan sonra yaradılıb. BMT-nin əsas məqsədi məhz bu cür faciələrin yenidən təkrarlanmasının qarşısını almaqdır.

Bu əsas missiyanı həqiqət üzərinə sistematik hücumlardan çox heç nə zərbə altında qoymayıb. Dünən İran prezidenti növbəti dəfə anti-semit çıxışları ilə bu podiuma qalxdı. Cəmi bir neçə gün öncə o yenidən Holokostun yalan olduğunu iddia etdi.  

 

Mən keçən ay Berlin yaxınlığında yerləşən Vannsee kəndindəki villada oldum.  Orada 1942-ci il yanvarın 20-də nasist zabitləri doyunca yedikdən sonra yəhudi xalqını məhv etməyin yollarını müzakirə etmişlər.  Həmin görüşün detalları Alman hökumətləri tərəfindən saxlanılıb. Mən sizə Nasist hökumətinin yəhudi xalqını məhv

etmək haqda verdiyi göstərişlərin dəqiq nüsxəsini təqdim edirəm. Məgər bu yalandır?

 

Nitqin tam mətni


Qızıl Aypara və MADA əməkdaşlığı davam etdirir

(Böyütmək üçün)

(Böyütmək üçün)

İsrail Səfirliyi sentyabrın 4-də İsrailin milli yardım cəmiyyəti – Magen David Adom (MADA) təşkilatının göndərdiyi 40 təcili yardım çantasını Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı ofisinə təqdim edib.

 

Yardım MADA ilə Qızıl Aypara Cəmiyyəti arasında son üç ildə davam edən əməkdaşlq çərçivəsində həyata keçirilib. Bu tədbir təcili tibbi yardım üzrə sonuncu seminarın davamıdır.

 

Bu il avqustun 16-23-də İsrailin MADA təşkilatının iki eksperti 25 yerli paramdiklərin iştirakı ilə seminar keçib. Həmin iştirakçılar MADA-nın gətirdiyi çantalarla təchiz olunacaqlar. Qalan çantalar isə Qızıl Aypara Cəmiyyətinin xətti ilə paylanacaq.

 

MADA-nın Azərbaycanda fəaliyyəti üç il öncə başlayıb. Həmin il Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov MADA sədri Noam Yifraxı Azərbaycana rəsmi səfərə dəvət edib. Elə həmin il iki yardım cəmiyyəti arasında gələcək əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Səfir Lotem etimadnaməsini Prezident Əliyevə təqdim etdi
26 Avqust 2009
(Böyütmək üçün)

Avqustun 26-da İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Mixael Lavon-Lotem öz etimadnaməsini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təqdim edib. Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin səviyyəsindən razı qaldıqlarını ifadə edib. Müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, səhiyyə turizm və kənd təsərrüfatı sektorunda əməkdaşlıq da diqqət mərkəzində olub. Tərəflər vurğulayıb ki, əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.


 


İsrailli ekspertlər eşitmə qabiliyyəti zəif olan azərbaycanlılara yardım edir
19 Avqust 2009
(Böyütmək üçün)

Avqustun 17-də İsrailin audiologiya üzrə mütəxəssislərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Səfər İsrail Səfirliyi və İsrailin “Eye from Zion” QHT-si və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

 

Nümayəndə heyəti bir həftə ərzində eşitmə qabiliyyəti zəif olan insanları müayinə edir və onlara yardım kimi müasir eşitmə aparatları paylayır. İsrailli mütəxəssislər həmçinin yerli ekspertlərə peşəkar sessiyalar keçir. Bu treyninqlər zamanı iştirakçılar “Eşitmə Reabilitasiyası” və “Eşitmə Aparatlarında İnnovasiya” sahəsində yeniliklərlə tanış olurlar. İsrailli qonaqlar eyni zamanda yerli ekspertlərə müasir avadanlıqlarda istifadə qaydalarını da pyrədirlər.

 

Nümayəndə heyətinin səfərinə 250 min dollar dəyərində eşitmə aparatlarının paylanması da daxildir. Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyi səfərin texniki məsələlərinə yardım göstərir, eşitmə aparatlarına ehtiyacı olan insanların və mülaicənin kordinasiyası ilə məşğul olur və müayinələrin keçirilməsi üçün xəstəxanalar təchiz edir.

 

Mütəxəssislər Bakı ilə yanaşı Quba və Qəbələ rayonlarında da xəstələrə baxacaq.


İsrail mediasında mövzuya aid məqalə


Magen David Adom Quba treyninq mərkəzinin açılmasına yardim edir
18 Avqust 2009
(Böyütmək üçün)

Avqustun 17-də İsrailin Magen David Adom təşkilatının dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakıdakı ofisində Quba təlim mərkəzinin açlılış mərasimi keçirilib. Qızıl Aypara Cəmiyyətinin prezidenti tədbirdə çıxış edərək iki ölkə və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq barədə danışıb. O, vurğulayib ki, İsrailin xüsusən də səhiyyə və fövqəlada hallar sahəsində göstərdiyi dəstək Azərbaycan mütəxəssislərinə öz bacarıqlarını artırmasına və insan həyatını xilas etməyə yardım edir.

 

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem humanitar məqsədlərə xidmət edən bu cür layihəni həyata keçirən tərəflərə minnətdarlıq edib. Səfir Lotem qeyd edib ki, İsrail Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır və bu cür əməkdaşlıq Azərbaycan səhiyyəsində peşəkarlığın daha da artmasına zəmin yaradacaq.

 

Dünən həmçinin fövqəlada vəziyyətdə tibbi yardım üzrə bir həftəlik seminar da öz işinə başlayıb. Seminarın gedişində Magen David Adomdan olan iki mütəxəssis Azərbaycandan olan 25 həmkarı ilə öz təcrübələrini bölüşəcək və onlara yeni texniki metodları öyrənəcəklər.


Azərbaycan bir model kimi
1 İyul 2009

"Zerkalo" (Rus dili) və "Ekspress" (Azərbaycan) qəzetləri səfir Artur Lenkin 28 İyun 2009-cu ildə İvrit dilli Haarets qəzetində çıxan məqləsini dərc edib. Məqalənin İngilis, Azərbaycan, Rus və ya İvrit dilində versiyasını oxuya bilərsiniz.


Prezident Peresin Azərbaycana səfəri başlayıb
30 İyun 2009

(Böyütmək üçün)

(Böyütmək üçün)

İsrail Prezidenti Şimon Peres tarixi səfər çərçivəsində iyun ayının 28-də Azərbaycana gəlib. O, üç dövlət naziri – Sənaye, Ticarət və Əmək Naziri Binyamin Ben Eliezer, Milli İnfrastruktur Naziri Uzi Landau və Elm və Texnologiya Naziri Daniel Herşkovitsin də daxil olduğu nümayəndə heyəti ilə Bakıya təşrif buyurub. Müdafiə Nazirliyinin Baş Direktoru Pinças Buşris və təhlükəsizlik, infrastruktur, komunikasiya, səhiyyə və kənd təsərrüfatı kimi sahələrini əhatə edən İsrailin aparıcı şirkətlərinin yüksək vəzifəli təmsilçiləri də heyətin tərkibində olub.
Azərbaycana gəldikdən az sonra Prezident Peres prezidentin qəbul iqamətgahında hərbi mərasimlə qarşılanıb. Prezident Əliyev isti qarşılanma zamanı İsrail prezidentini qucaqlayaraq deyib: “Sizi öz ölkəmdə qəbul etməyimə görə şadam. Bu AZərbaycan üçün ən vacib səfərdir və biz AZərbaycanla İsrail arasında təhlükəsizlik, diplomatiya və iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”.

Prezident Peres xoş qarşılanmaya görə minnətdarlığını bildirib və deyib ki, İsrail Azərbaycanla strateji əməkdaşlıq səylərini alqışlayır. “İsrailə yaradıcılıq potensialı bəxş edilib. Bu baxımdan tədqiqat və elm sahəsində dünyada ən yüksək yerlərdən birini tuturuq. Biz məmnuniyyətlə Azərbaycana sərmayə gətirər və regional şirkətlərlə iş birliyini genişləndirərik”. Peres qeyd edib: “İsrail və Azərbaycan hərbi gücünü daim saxlamalıdır, çünki, hər iki ölkə daimi təhlükə altındadır. Bununla yanaşı, mən fəxr edirəm ki, hər iki ölkə sülhpərvər siyasət yeridir və qonşuları ilə süıhə nail olmaq üçün istənilən addımı atmağa hazırdır”.
İsrail prezidenti həmkarını öz ölkəsinə səfərə dəvət edib: “Bizim qapılar hər zaman sizin üzünüzə açıqdır və sizi İsraildə qəbul etmək böyük şərəf olardı”. Prezident Əlieyv: “Azərbaycanla İsrail arasında diplomatik münasibətlər göründüyündən də güclüdür. Azərbaycanda maliyyə, texnologiya, nanotexnologiya, kənd təsərrüfatı, səhiyyə və infrastruktur sahələrinin sürətli inkişaf prosesi gedir. Mən bilirəm ki, İsrail bu sahələrdə böyük nailiyyətlər əldə edib. Odur ki, biz İsraillə əlaqələrimizin genişləndirilməsində və sözügedən sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq”.
Prezident Peres həmçinin Azərbaycanda yəhudi icmasına göstərilən münasibətə görə İlham Əliyevə təşəkkür edib. “Azərbaycandan olan mühacirlər İsraildə sizin ölkənin etibarlı səfriləri kimi xidmət göstərir”.

Qəbuldan sonra prezidentlər saat yarım təkbətək görüşüblər. Görüş zamanı tərəflər İsrail və Azərbaycan əlaqələrinə aid həssas məsələləri müzakirə ediblər. Bundan sonra prezidentlərin iştirakı ilə nümayəndə heyətlərinin işgüzar görüşü davam edib.
Hər iki ölkə başçısının iştirakı ilə sonda iki müqavilə imzalanıb. Milli İnfrastruktur Naziri Uzi Landau komunikasiya sahəsində əməkdaşlığa dair müqaviləni imzalayıb. Təhsil, elm və texnologiya sahəsində əməkdaşlıq müqaviləsinəi isə Elm Naziri Daniel Herşkovits imza atıb.


 

Çap görünüşü