Embassy of Israel in Azerbaijan    
 
  Select Your Language:  
 
 
     
  Advanced search
  Search Tips
 
Home Page
 
Israel Missions
Homepage
 
Our bookmarks
 
Feedback
 
Ministry of Foreign
Affairs (English)
 
Ministry of Foreign
Affairs (Hebrew)

 
Baku - Home Page Add-Ons

Altı aylıq atəşkəsdən sonra Qəzzaya humanitar yardım
06 Yanvar 2009

Həmas və digər qruplaşmaların İsrailin yaşayış məntəqlərinə onlarla raket atmasına rəğmən İsrail Qəzza bölgəsində mülki əhalinin ərzaq və tibbi ləvazimatlar alması üçün əlindən gələni edir.

 

Dekabrın 27-də “Ərimiş Qurğuşun” əməliyyatı başlayandan bəri Əlaqələndirmə Administrasiyasındakı İsrailin müdafiə rəsmiləri Qəzza bölgəsinə humanitar yardımların gətirilməsi üçün beynəlxalq təşkilatlar və dövlətlərlə işləyir. Əməliyyatın başlanmasından bəri beynəlxalq ictimaiyyətə hər gün humanitar yardımın həcmini artırmaq imkanı verilib. Həmas terroru ilə mübarizədə qətiyyətli olan İsrail üçün Qəzzadakı fələstinlilərin humanitar vəziyyəti prioritetdir. Humanitar böhranın qarşısını almaq üçün İsrail bütün səylərini əsirgəmir və davamlı olaraq beynəlxalq humanitar təşkilatlarla əməkdaşlıq edir. Hazırda orada heç bir fəlakət vəziyyəti yoxdur. Hətta beynəlxalq yardım qrpları Qəzzada anbarların çatışmaması üzündən yüklərin daşınmasını müvəqqəti dayandırmağı xahiş edib.

Əməliyyatın ilk həftəsində İsrailin yardımı ilə Qəzzaya tibbi ləvazimat və figər humanitar ehtiyaclarla dolu 401 yük maşını göndərilib. Bu əməliyyat Həmasın yük daşıyanlara hücum təhlükəsi altında gerçəkləşib. Buraya Ümumdünya Səhiyyə Təşkilatının göndərdiyi tibbi ləvazimatlar, Qırmızı Xaçın təchiz etdiyi avadanlıqlar, BMT-nin Yardım və İş Agentliyinin, Fələstinin özəl sektorunun, eləcə də Avropa və Ərəb ölkələrinin göndərdiyi yüklər daxildir. Təcili Tibbi Yardım maşınları Qəzzaya İsraildən daxil olub. Qarşıdakı gün ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin cərrahları da Şifa Xəstəxanasının heyətinə yardım etmək üçün Qəzzaya gələcək. İsrailin Elektrik Şirkəti Qəzzanın enerji blokunu bərpa etmək üzərində işləyir. İsrail humanitar yardımların Qəzzaya göndərilməsinə bundan sonra da davam edəcək.

 

• Həftə ərzində Qəzzaya 10 min ton humanitar yardım göndərilib
• 226 ikili vətəndaşlığı olan insan Qəzzadan evakuasiya olunub
• İordaniyanın təşkil etdiyi 2 min qutu qan gətirilib
• Türkiyədən 5 ambulans
• Fələstin Qızıl Aypara Cəmiyyəti adından Qərb Sahilindən 5 ambulans
• 20 nəfər, o cümlədən 2 yaralı uşaq müalicə üçün İsrailə evakuasiya olunub


Həmas terroruna qarşı əməliyyat genişləndirildi
04 Yanvar 2008

Dünən axşam saatlarında İsrailin quru qoşunları Həmasın terror infrastrukturu və qurumlarına qarşı “Qaynar qurğuşun” əməliyyatı çərçivəsində Qəzza bölgəsinə daxil olub. Əməliyyatın bu fazasının məqsədi Həmasa qarşı zərbələri intensivləşdirmək və İsrail vətəndaşlarına raket hücumlarını məhdudlaşdırmaqdır.

 

İsrailin Azərbaycandakı səfiri Artur Lenk bilridib: “Bütün digər ölkələr kimi İsrail də öz vətəndaşlarını hücumdan qorumaq üçün məsuliyyət daşıyır. Əgər Azərbaycan şəhərləri raket atəşinə məruz qalsaydı, onun vətəndaşları əmin ola bilərdilər ki, ordu onları qorumaq üçün tədbir görəcək. İsrail Qəzza üzərində nəzarəti geri qaytarmaq yox, ölkənin cənubuna sülhü gətirmək istəyir – həm israillilər, həm də fələstinlilər üçün”.

 

Müdafiə naziri Ehud Barak dünən bildirib ki, “bizim hərbi əməliyyatlarımız ehtiyac olduğu qədər genişləndiriləcək. Bizim məqsədimiz Həmasın İsrailə və israillilərə qarşı düşmən fəaliyyətini dayandırmağa məcbur etmək və İsrailin cənubundakı vəziyyəti dəyişdirməkdir...Biz öz vətəndaşlarımızı dünyanın digər ölkələrinin vətəndaşlarının qazandığı dəyərlərə  - sülhə, əmin-amanlığa və qorxusuz həyata sahib olmalarını təmin etməyə qətiyyətliyik”.

 

Bazar günü səhər saatlarında Qəzzadan İsrailin cənubuna azı 10 raket atılıb.
Bununla yanaşı İsrail Qəzzanın bütün humanitar ehtiyaclarını təmin etmək üçün mümkün olan vasitələrdən istifadə edir və edəcək. Son bir neçə gün ərzində Kerem Şalom keçid məntəqəsindən Qəzzaya 100-ə qədər ərzaq və tibbi ləvazimat dolu yük maşınları keçib.

 


İsrail hələ də hücuma məruz qalır
02 Yanvar 2009

250 mindən artıq İsrail vətəndaşlarına qarşı Həmasın Qəzza bölgəsindən terror hücumları davam edir. Son bir neçə gün ərzində Həmas İsrailin cənubunda yerləşən şəhərlərindəki yaşayış mərkəzlərinə yüzlərlə raket və mərmilər atıb. Atılan Qrad tipli raketlərdən biri Beer Şeva şəhərində məktəbə düşüb. Xöşbəxtlikdən, həmin səhər məktəbin bağlanmasına və uşaqların sığınacaqlarda gizlənməsinə qərar verilib (qeyd: aşağıda şəkilə baxın).
İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib: “İsrailin hərbi əməliyyatları İsrail dövlətinin vətəndaşlarını müdafiə etmək məqsədi güdür. Onun hədəfi güclənməkəd olan terror infrastrukturuna, eləcə də Həmasın İsrail vətəndaşlarına raket və mərmi atmaq, terror hücumları həyata keçirmək imkanlarına zərbə endirməkdir. İsrail dünyəvi Fələstin liderləri ilə sülh və bütün fələstinlilərlə israillilər üçün yaxşı gələcək qurmaq arzusundadır. Lənkaran şəhəri raket hücumlarına məruz qalsaydı Azərbaycan nə edərdi?  Təbii ki, o öz xalqını qoruyardı, necə ki, İsrail bunu edir”.
Dünən, 2009-cu il yanvarın 1-də Qəzzanın şimalından fələstinlilər raket zərbələri endirib. Qrad raketlərindən biri Aşdod şəhərindəki səkkiz mərtəbəli yaşayış binasına düşüb (qeyd: aşağıda şəkilə baxın). Qərbi Neqevdəki Beerşevaya daha çox raket yağdırılıb. Qəzza zolağının 40 kilometr radiusunda məktəblər bağlanıb, İsrailin Beerşeva, Yavne və Gedera şəhərləri isə həyəcan siqnalı altında yaşayır. Qəzzadan atılan 40 kilometr radiuslu raketlər üzündən 900 000 İsrail sakini qorxu altındadır.
Bütün bunlarla yanaşı son bir neçə gün ərzində ərzaq və digər humanitar yardımla dolu 400-ə qədər yek maşını Qəzzaya yola salınıb. İsrail Qəzzaya daxil olan humanitar yardım və işçilərə heç bir məhdudiyyət qoymur. Yalnız bir neçə gün öncə Həmas Misirdən Qəzzaya gələn humanitar yardımın qarşısını alıb. İsrail Qəzza əhalisinin çətinliklərini aradan qaldırmaq üçün əlindən gələni edəcək.
Dünyanın bir çox ölkələri və BMT Həması terror təşkilatı kimi tanıyıb və onlar bu təşkilatla istənilən əlaqəni boykot edib. Biz dünya ölkələrindən İsrailin bu terror təşkilatına qarşı mübarizəsinə dəstək verməsini, hətta kampaniyaya qoşulmasını gözləyirik.

 


Qəzzaya humanitar yardım
30 Dekabr 2008
(Böyütmək üçün)

Son üç gün ərzində içərisində tibbi ləvazimat, ərzaq və digər humanitar yardım olan 150-yə qədər yük maşını Kerem Şalom keçid məntəqəsindən Qəzza bölgəsinə yola salınıb. İsrail Müdafiə Nazirliyinin Yerlərdə Hökumətin fəaliyyəti üzrə Kordinatoru Mayor Peter Lerner deyib: “Dünən baş nazirin də bildirdiyi kimi biz Fələstin xalqı ilə yox, Həmas terrorçuları ilə müharibə edirik. Ona görə də Fələstin xalqına ərzaq gətirməyi özümüzə borc bilirik”.  

Üç humanitar təşkilat – BMT Yardım və İş Agentliyi, Ümumdünya Ərzaq Proqramı və Beynəlxalq Qırmızı Xaç Komitəssi, eyni zamanda İordaniya və Misir Qəzza zolağına humanitar yardımlar göndərir. Onlara artıq şənbə günündən xəbərdarlıq edilib ki, regiona mülkü əhalinin ehtiyaclarını ödəmək üçün istədikləri həcmdə yük gətirə bilərlər.  “Biz yüklərin sayına heç bir məhdudiyyət qoymamışıq”, Lerner bildirib.

Bu gün Xarici İşlər Nazirliyinin nümayəndələri UNSCO, BMT Yardım və İş Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə danışıqlar aparıb. Danışıqların məqsədi Qəzzada humanitar ehtiyacın həcmini hesablamaq, tələb olunan yardımın, xüsusən də ərzaq və tibbi ləvazimatların bölgəyə gətirilməsini təmin etmək olub. Hazırda XİN bölgəyə humanitar yardımın gətirilməsi üçün digər ölkə və beynəlxalq təşkilatlarla, o cümlədən Qətər, Türkiyə və İordaniya ilə əlaqə saxlayır.


İsrail Həmas terror infrastrukturuna cavab zərbəsi endirir
29 Dekabr 2008

Dekabrın 27-si 2008-ci ildə İsrail Müdafiə Qüvvələri Qəzza bölgəsində Həmasın hərbi hədəflərinə qarşı əməliyyata başlayıb.

Əməliyyat Həmasın dinc İsrail sakinlərinə qarşı raket hücumlarına cavab olaraq həyata keçirilir. Təəssüflər olsun ki, İsrailin raket hücumları və zorakılığı dayandırmaq istiqamətində səyləri Həmas tərəfindən rədd edildi və Həmas İsrail ərazisinə yüzlərlə raket zərbəsi, o cümlədən bir gün ərzində (25/12) 80 raket zərbəsi endirməkdə davam etdi. Nəticədə İsrail öz dinc vətəndaşlarını qorumaq üçün Qəzzadakı terror infrastrukturuna qarşı hərbi əməliyyatları yeganə çıxış yolu kimi gördü.

Baş nazirin müavini və Xarici İşlər Naziri Tsipi Livni deyib: “Biz sülhə güc işlətmədən nail olmaq üçün bütün vasitələrdən istifadə etdik. Biz Misirin vasitəçiliyi ilə atəşkəsə razı olduq, lakin bu atəşkəs Həmas tərəfindən pozuldu. Bu təşkilat İsraili hədəf almaqda, Gilad Şalidi girov saxlamaqda və silahlanmaqda davam etdi. İsrail humanitar böhranın və dinc fələstinlilərə ziyanın dəyməsinin qarşısını almaq üçün səylərini davam etdirir. Təəssüflər olsun ki, Həmas təbliğat məqsədi ilə dinc sakinlərdən və onların acılarından xaincəsinə istifadə edir. Dinc sakinlərə dəyən ziyana görə Həmas məsuliyyət daşıyır.

Həmasla mübarizə apardığı halda İsrail hələ də iki dövlət prinsipinə inanır və Annapolis sülh prosesi çərçivəsində legitim Fələstin Administrasiyası ilə danışıqlara sadiq qalır”.

 

Geniş təqdimat (ingiliscə)


Problem İslamda yox, ekstremist qüvvələrdədir
Bütün Yaxın Şərq ölkələri Azərbaycana bənzəsəydi, bu regionda heç bir münaqişə olmazdı, deyə israilli ekspert Barri Rubin bildirib

Nurani, “Exo” qəzeti (Rus dilində), 17 Dekabr 2008, səh.1.

 

İsrailin tanınmış akademiki, Beynəlxalq Məsələlər üzrə Qlobal Araşdırmalar Mərkəzinin (GLORİA) Direktoru, Yaxın Şərq, Siyasi İslam və İsrail-Türkiyə münasibətlərinə həsr olunmuş bir çox kitabın müəllifi Barri Rubin Bakıda səfərdə olunb. Səfər çərçivəsində o, Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti və Xəzər Universitetində mühazirələr deyib, eləcə də “Exo” qəzetinə müsahibə verib.


- Cənab Rubin, Azərbaycana səfərinizin məqsədini necə xarakterizə edərdiniz?
- Səfərimin məqsədi çox sadədir: Diplomatik Akademiyada çıxış etmək, dostlar tapmaq və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikirlərimi bölüşmək. İsrail hətta Azərbaycanla müqayisədə belə çox kişik ölkədir. Bizim dövlətçilik tariximizin başlanğıcında çox problemlərimiz vardı. Hətta çoc ciddi ərzaq çatışmazlığından əziyyət çəkirdik. Lakin bu gün bizim inkişaf etmiş sənayemiz, kənd təsərrüfatımız var. Həyat səviyyəsinə görə ölkəmiz Böyük Britaniya ilə eyni səviyyədədir. Hətta terrorla mübarizə və özünümüdafiəyə vəsait xərclədiyimiz halda biz uğurlara nail ola bildik.
- Cənab Rubin, badəti üzrə Azərbaycanda Yaxın Şərq stereotipləri keçərli deyil. Burada fərqli siyasi qaydalar, fərqli mentalitet, nəhayət, burada tolerantlıq kultu hökm sürür. Bununla belə, yəqin ki, keçirdiyiniz görüşlərdən sonra sizin də öz təəssüratlarınız var: Azərbaycanda Yaxın Şərqdə baş verənlərə maraq varmı?
- Nəzərə alsaq ki, mənim mühazirələrimə çoxlu sayda insan gəlir, onda deyə bilərik ki, Yaxın Şərqə müəyyən maraq var. Bu anlaşılandır. Azərbaycan iki regionun bir hissəsifir – Qafqazın və Böyük Yaxın Şərqin. Ona görə də bu maraq qanunauyğundur. Qeyd edim ki, ilk dəfədir Azərbaycandayam, amma Türkiyədə çox olmuşam. İsraildə belə bir fikir var ki, Azərbaycan maraqlı ölkədir və oradakı vəziyyət daha çox öyrəniləməlidir. Azərbaycanda həqiqətən də tolerantlıq var. Bu, müasir, praqmatik və dünyəvi bir ölkədir. Regionda Azərbaycan kimi ölkələrin sayı çox deyil. Biz faşızm və ya komunizm kimi ideologiyaların ölkələri necə məhv etməsinin şahidi olmuşuq. Azərbaycan tamamilə fərqli yolu seçib və bu, region ölkələri üçün çox yaxşı nümunədir. Onun üçün də bu ölkə İsrail prizmasından çox əhəmiyyətlidir.
- Bu gün beynəlxalq ictimaiyyət Türkiyədə baş verən prosesləri yaxından izləyir. Bir çoxları hesab edir ki, Türkiyədə hakim partiya dünyəvi İslam ənənlərinə söykənib. Məgər bu təsdiq etmir ki, siyasi İslam və ya İslam şüarları ilə siyasət mütləq ekstremizm deyil?
- Siz tamamilə haqlısınız. Türkiyədə hakim party İslam dəyərlərinə söykənib. Amma eyni zamanda İsrailin bu ölkə ilə çox yaxşı əlaqələri var. Bu onu göstərir ki, Problem İslamda yox, İslamı öz məqsədləri üçün istifadə edən xüsusi ekstremist hərəkatlardadır. Azərbaycan fərqli yanaşmanın nümunəsidir ki, təəssüflər olsun ki, bir çox ölkələrdə bunu görmürük. Bütün Yaxın Şərq ölkələri Azərbaycana bənzəsəydi, bu regionda heç bir problem olmazdı, deyə israilli ekspert Barri Rubin bildirir.
- Siz Yaxın Şərq məsələləri üzrə ən nüfuzlu ekspertlərdən sayılırsınız və bu sahədə bir çox işləriniz var. Deyə bilərsinizmi ki, Yassir Ərəfatından ölümündən sonra siyasi səhnəyə Xaled Maşal kimi liderin və Həmas kimi hərəkatın çıxmasından sonra bu münqişə həqiqətən də həll oluna bilərmi?
- Mən ilk növbədə onu deyim ki, bu gün iki Fələstin hərəkatı və iki lider mövcuddur: Həmas və Mahmud Abbasın tərəfdarları. Onlardan biri qəti şəkildə sülhün əleyhinə olduğu halda, digəri sülh üçün səylər göstərir. Doğrusunu desəm, onlardan biri əsl ekstremistdir, digəri isə sülhə nail olmaq üçün çox zəifdir. Region üçün başlıca problem avtoritar ekstremist hərəkatlardır. Onlar öz fikirləri ilə razılaşmayan hər kəsi öldürməyə hazırdırlar. Nə qədər ki, onlar hakimiyyətdədir, əminəm ki, davamlı sülhə nail olmaq mümkün olmayacaq.


 


İsrail Təhlükəsizlik Şurasının sülh prosesinə göstərdiyi dəstəyi alqışlayır
17 Dekabr 2008

İsrail Təhlükəsizlik Şurasının Annapolis prosesi çərçivəsində İsraillə fələstinlilər arasında birbaşa ikitərəfli danışıqlara göstərdiyi birmənalı dəstəyi alqışlayır. Bu danışiqlar tərəflər arasında razılıq və bu razılığın Kvartetə təqdim olunması, eləcə də razılığın Yol Xəritəsi prinsiplərinə uyğun həyata keçirilməsi əsasında baş tutur. Onun da ilk və ən önəmli tələbi terror infrastrukturlarının sıradan çıxarılmasıdır.  
Təhlükəsizlik Şurası ilk dəfə olaraq Kvartetin üç prinsipini beynəlxalq hüquqi baza və hər hansı bir Fələstin hökumətinə dəstək kimi qəbul edir. Bu yolla beynəlxalq ictimaiyyət Qəzzadakı Həmas terror rejiminə birmənalı şəkildə ismarıc göndərib.  
Davamlı sülhün yalnız hər iki tərəfin bir-birini tanıması, terror və zorakılığa son qoyulması, iki dövlət prinsipinə sadiqlik halında mümkün olması barədə Təhlükəsizlik Şurasının bəyanatı İsrailin sülh prosesindəki həlledici prinsiplərinin təsdiqidir.  
İsrail həmçinin Təhlükəsizlik Şurasının Yaxın Şərq ölkələrini ikitərəfli danışıqlar üçün münasib şəraitin yaradılmasına çağırışını da alqışlayır. Bu şəraitin yaradılması üçün tərəflərin bir-birini tanımasını və sülh içində birgəyaşamanı təbliğ etmək də nəzərdə tutulur və bütün bunlar ikitərəfli proseslərin inkişafı fonunda həyata keçirilir. Məhz bu prinsiplər Xarici İşlər Naziri Tsipi Livni tərəfindən sülh prosesnin əsas komponentləri kimi təbliğ edilib.

 


Dörd azərbaycanlı ekspert İsraildə Su Təchizatı treyninqinə qoşulacaq
4 Dekabr 2008
(Böyütmək üçün)

Azərbaycandan olan dörd ekspert 2008-ci il dekabrın 8-22 aralığında İsrailin Şefayim kibbutsunda keçiriləcək Səhralaşma ilə Mübarizə üçün Su Ehtiyatlarından İstifadə üzrə beynəlxalq konfransa qatılacaq. Kurs İsrailin “Maşav” Beynəlxalq Əməkdaşlıq Proqramə tərəfindən təşkil olunub. 

Azərbaycan tərəfindən iştirak edəcə nümayəndə heyətinə BMT-nin İnkişaf Proqramının Səhralaşmaya qarşı Mübarizə və Su Təsərrüfatı üzrə Milli Layihəsinin ölkə kordinatoru, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətli rəsmisi,  OXFAM-la davamlı əməkdaşlıq çərçivəsində “ARAN” QHT-nin rəhbəri və “ARAN” QHT-də “Livelihood” layihəsinin rəhbəri.

Kursun məqsədi məhdud su ehtiyatları şəraitində effektiv strategiya və menecment, eləcə də quru və yarım quru şəraitdə erroziyaya qarşı suvarma texnologiyası sahəsində İsrailin bilik və təcrübəsi ilə tanış olmaqdır. Kurs rus dilində aparılacaq. 

Bu zaman ərzində MDB-nin 6 ölkəsindən olan iştirakçılar İsrailin səhralaşma ilə mübarizə və davamlı inkişafa nail olmaq üçün həyata keçirdiyi milli proqram, o cümlədən mövcud olan və yeni su ehtiyatlarından istifadə strategiyası, su ehtiyatlarının paylanma siyasəti, suvarma sisteminin planlaşdırılması, bitki suvarma tələbləri, ekoloji çətinlik altında suvarma və bir sıra başqa mövzular haqqında öyrənəcəklər.  
Kursda iştirak Azərbaycan təmsilçiləri İsrailin çətin şəraitin öhdəsindən gəlməsi, kənd təsərrüfatı sahəsində gözəl nəticələr və davamlı inkişaf əldə etməsi yolunda vasitələrdən istifadə etdiyi vasitələrlə tanış olmaq imkanı qazanacaqlar.

 


Raket hücumlarına rəğmən Qəzzaya yardım və yanacaq
27 Noyabr 2008
(Böyütmək üçün)

İsrailə raket hücumlarına baxmayaraq ərzaq və tibbi ləvazimatlardan ibarət 40-a yaxın yük maşını noyabrın 26-da Kerem Şalom keçid məntəqəsindən Qəzza bölgəsinə yola salınıb. Bundan əlavə, Nahal Oz və Karni məntəqələri yanacaq və təbii qazın ötürülməsi üçün açılıb.
Xatırladaq ki, ötən həftə ərzində İsrail ərazisinə 14 raket düşüb, İsrail əhalisinin cəmləşdiyi yerlərə isə 10 mərmi atılıb. Nəticədə İsrail Müdafiə Qüvvələri təhlükəsizlik divarı yaxınlığında əməliyyat aparmalı olub.

 


Bakıda İsrail-Azərbaycan Yüksək-Texnologiya İmkanları Seminarı keçirilib
13 Noyabr 2008

(Böyütmək üçün)
Nazir Abbasov seminarda çıxış edir

(Böyütmək üçün)

2008-ci il noyabrın 12-də Bakıda İsrail Səfirliyi və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunan İsrail-Azərbaycan Yüksək-Texnologiya İmkanları Seminarı keçirilib.
Seminarda çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov