Embassy of Israel in Azerbaijan    
 
  Select Your Language:  
 
 
     
  Advanced search
  Search Tips
 
Home Page
 
Israel Missions
Homepage
 
Our bookmarks
 
Feedback
 
Ministry of Foreign
Affairs (English)
 
Ministry of Foreign
Affairs (Hebrew)

 
Baku - Home Page Add-Ons

Bakıda İsrail-Azərbaycan Yüksək-Texnologiya İmkanları Seminarı keçirilib
13 Noyabr 2008

(Böyütmək üçün)
Nazir Abbasov seminarda çıxış edir

(Böyütmək üçün)

2008-ci il noyabrın 12-də Bakıda İsrail Səfirliyi və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunan İsrail-Azərbaycan Yüksək-Texnologiya İmkanları Seminarı keçirilib.
Seminarda çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov xüsusən də texnologiya sahəsində İsrail-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib. Nazir qeyri-neft sektorunun Azərbaycan hökuməti üçün proritet sahə olduğunu bildirib və vurğulayıb ki, İsrail Azərbaycanın yüksək texnologiya və İKT sahəsini inkişaf etdirmək üçün modeldir. İsrail şirkətlərinin Azərbaycanın milli peykinin orbitə buraxılması ilə bağlı tenderdə iştirakını qeyd edən nazir Abbasov qeyd edib ki, İsrail şirkətlərinin Bakıya səfəri əməkdaşlıqda yeni eranın başlanmasına xidmət edəcək. 
Səfir Artur Lenk İsrailin yüksək texnologiya sahəsindəki nailiyyətlərindən danışıb və vurğulayıb ki, İsrail Azərbaycanın yüksək texnologiya və İKT sahəsinin inkişafı ilə bağlı marağına cavab verməyə hazırdır. O, həmçinin bildirib ki, Azərbaycanın bu sahədə potensialı var, İsrail isə həmin potensialı reallaşdırmaq üçün lazımi təcrübəyəy malikdir. Səfir əmin olduğunu bildirib ki, yüksək texnologiya şirkətləri arasında əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edəcək.
BakuTel-2008 sərgisis çərmivəsində keçirilən seminarda İsrailin beş aparıcı şirkəti prezentasiya ilə çıxış edib. Amos Spacecom, Gilat SATCOM, Gilat Satellite Networks, Radwin and Ness Technologies Azərbaycanın yüksək texnologiya sektorunun inkişafı üçün əhəmiyyətli olan müxtəlif innovativ və effektiv vasitələr və texnologiyalar təklif edir. Seminardan sonra və səfər boyu İsrail şirkətlərinin nümayəndələri Azərbaycan şirkətləri ilə görüşmək və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək fürsətindən də yararlanıb.


 


Kvartet Şarm əl-Şeyxdə toplaşdı, sülh prosesini yenidən təsdiqlədi
10 Noyabr 2008
(Böyütmək üçün)

İsrail Baş Nazirinin Müavini və Xarici İşlər Naziri Tsipi Livni və Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasın birgə brifinqinin sonunda Kvartet bəyan edib ki, İsrail və Fələstin Muxtariyyatının həyata keçirdiyi sülh prosesini dəstəkləyir və tərəflərin gələcəkdə beynəlxalq müdaxiləsiz, özlərinin müəyyən etdiyi zaman və prinsiplər çərçivəsində danışıqları davam etdirməsinə imkanlar yaradacaq. 

 

Bildirilib ki, Kvartetin müəyyən etdiyi üç şərtə uyğun olaraq Fələstin rəhbərliyi və terror infrastrukturunun aradan qaldırılması baxımından beynəlxalq dəstək çox vacibdir. Beynəlxalq ictimaiyyət terrora, zorakılığa və qeyri-tolerantlığa qarşı mübarizəyə sadiqdir. Əslində beynəlxalq ictimaiyyət İsrailin də qəbul etdiyi əsas prinsiplərini qəbul edib ki, bu da prosesin davamı və uğurunun təməlində durur.

 

Nazir Livni bəyan edib ki, İsrailin uzun müddətli maraqları onun qonşuları ilə yalnız dialoq və geniş razılıq yolu ilə əldə olunacaq. Maraqlı tərəflər razılığın əldə olunmasının əhəmiyyətini hər kəsdən yaxşı anlayır. Yalnız onlar hansı şəraitdə yaşaya biləcəklərini və ya bilməyəcəklərini yaxşı başa düşür. Livni bir daha qeyd edib li, İsrail Fələstin dövlətinin yaradılmasının vacibliyini yaxşı anlayır, lakin israrla təkid edir ki, bu terrorçu dövləti olmamalıdır. Xarici İşlər Nazirinin sözlərinə görə, danışıqlar intensiv və ciddi şəraitdə davam edir və proqres nəzərə çarpır.   

 

Livni əlavə edib ki, İsrail onu tanıyan və razılaşmalara hörmətlə yanaşan, eləcə də terrora qarşı tədbrlər görən Fələstin liderliyinə iqtisadi və siyasi yardıma üstünlük verir. O, beynəlxalq ictimaiyyəti ekstremizm və terrorun qarşısını almağa çağırıb.

İsrail İshaq Rabini anır
10 Noyabr 2008
(Böyütmək üçün)

2008-ci il noyabrın 10-u İsrail Baş Nazir İshaq Rabinin 1995-ci il noyabrın 4-də baş vermiş qətlinin 13-cü ildönümünü anır.

 

  

Prezident Peresin şam yandırma mərasimindəki çıxışı (İngilis dilində)

 

İshaq Rabinin bioqrafiyası

 

Qətllə bağlı məqalələr

 

 


İsrail həkimləri beynində şiş olan iranlı uşağı müalicə edir
27 Oktyabr 2008
(Böyütmək üçün)

İran liderləri İsraili hədələyə bilərlər və ya iki ölkə arasında əlaqələr gərgin qala bilər. Lakin bu amillər İsrail klinikasının beyin şişi – bədxassəli astrotsitoma (GBM) diaqnozlu 12 yaşlı uşağı müalicə etməkdən çəkindirməyib. Təl-Əvivdəki Şeba Tibb Mərkəzinin sözçüsü David Vaynberq deyir ki, artıq Turkiyə və İran həkimləri uşağa yardım edə bilmirdilər. Sadəcə “Qay” (oğlan) adlandırdıqları uşağın əsl adı məxfi saxlanılır ki, ailəsi İrana qayıtdıqdan sonra problemlə üzləşməsin.

O, dünyada 10 ən yaxşı uşaq xəstəxanası olan Şebanın Safra xəstəxanasına 2008-ci il oktyabrın 10-da atası və nənəsi ilə birlikdə Türkiyədən Təl-Əvivin Ben Qurion hava limanına uçmaqla gəlib. Şebanın rəbəri Professor Zeev Rotsteyn Tehrandan olan pasiyenti xeyriyyə yardımı kimi götürməyə razılıq verib. “Yeniyetmə pasiyentin atası Professor Rotsteynə zəng vuraraq deyib ki, İran həkimləri artıq onun oğluna kömək edə bilmir. Safra Uşaq Xəstəxanası beyin xərçəngi sahəsində çox böyük işlər gördüyü üçün həkimlər oğlunun orada müalicə almaslını məsləhət görür”, deyə Vaynberq bildirir. Vaynberq əmindir ki, iranlı həkimlər Şeba Padiatrik-Hemato-Onkologiya Departamentinin rəhbəri Amos Toren haqqında elmi ədəbiyyatdan oxuyublar. Ona görə də uşağı müalicə etmək üçün ən yaxşı həkim kimi məsləhət görüblər.

İsrail həkimlərinin münasibətləri yaxşı olmayan ölkələrdən uşaqların müalicəsi ilə ilk dəfə məşğul olmur. İsrailin “Uşaq Urəyini Xilas Edin” Xeyriyyə təşkilatı iraqlı uşaqları həyati önəmli müalicə üçün İsrailə gətirib. Qəzza bölgəsi və Fələstin Muxtariyyatından olan fələstinlilər də mütəmmadi olaraq İsrail xəstəxanalarında müalicə olunur.

Düçmən ölkələrin vətəndaşlarına İsrailə daxil olmaq qadağan olunsa da , belə xüsusi hallarda icazə verilir. Belə şəraitdə Daxili İşlər Naziri Meyr Şitrit şəxsən uşaq və onun valideynlərinə ölkəyə daxil olmağa xüsusi razılıq verir. “Biz ölkələr arasında bir işıq kimiyik. Əgər uşaq taleyi təhlükə altındadırsa bu zaman onun milli mənsubiyyəti heç bir rol oynamır. Kaş ki, yardım edə bilək. Bunun üçün əlimizdən gələni edirik”, deyə Nazir Şitrit bildirir.

 


Nifrət dolu sözlər və imkan
26 Sentyabr 2008

(Böyütmək üçün)

(Böyütmək üçün)

“525-ci” və “Exo” qəzetləri İsrailin Azərbaycandakı səfiri Artur Lenkin məqaləsini dərc edib.

 

“…İran rəhbərliyinin hərəkətləri və sözləri Azərbaycanın tutduğu yoldan çox fərqlidir. Elə dünən axşam müqəddəs Ramazan ayında iftar süfrəsində Prezident Əliyev və Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan hökuməti, azlıqların və  beynəlxalq ictmaiyyətin nümayəndələri ilə birlikdə dayanmışdı. Onlar, elə digər natiqlər də tolerantlıq, birgəayaşama və qarşılıqlı hörmət barədə danışdılar. Azərbaycanın bu sözləri BMT-də çıxış edən Əhmədinecatin şər dolu çıxışı ilə ziddiyət təşkil edir. Bu günlərdə Azərbayucanın Xaricic İşlər Naziri də BMT –də çıxış edəcək. Məgər bu, Bakıdan gələn fərqli məsajı dünya ictimaiyyətinə nümayiş etdirmək üçün yaxçı imkan deyil?” 

 

Məqalənin Azərbaycan dilində tam mətni

 

Məqalənin İngilis dilində tam mətni

 

Məqalənin Rus dilində tam mətni


Prezident Peresin BMT Baş Assambleyasında çıxışı
25 Sentyabr 2008
(Böyütmək üçün)
Prezident Peres BMT-də çıxış edir

Cənab Sədr,

Zati-aliləri, Xanımlar və Cənablar,  BMT Baş Assambleyasının Ərəb-İsrail münaqişəsinə son qoya biləcək tarixi qətnaməni qəbul etməsindən 60 ildən artıq vaxt ötür. 181 saylı qətnamə Yəhudi və Ərəb dövlətinin yaradılmasını nəzərdə tuturdu. Onun başlığı belə idi: “İqtisadi Birliklə Ayrılma Planı”. Sənəd iki xalq üçün iki dövlətin yaradılmasını nəzərdə tuturdu ki, bu xalqların hər biri öz milli istəklərini həyata keçirsin.  Yəhudi xalqı qətnaməni qəbul edərək İsrail Dövlətini qurdu. Ərəblər onu qəbul etmədi və müharibəyə başladı. Sonrakı illərdə baş verənlər qətnamənin əsl məramından tamamilə fərqli oldu. Çox dəyişikliklər olsa da, tarixin ironiyası bu gün də eyni şəraiti tələb edir.
Bu gün yeb də gölün ortasındayıq. Geriyə üzmək üçün heç bir imkan görünmür. İrəliyə doğru getməyimiz isə bizə sülhün sahilinə nə qədər yaxın olduğumuzu göstərəcək.  Cənab Sədr, İsrailin öz dövlətini qurmasına bir il qalmış onun ilk baş naziri David Ben Qurion kibbutsdan olan gənc bir oğlanı – məni milli müdafiəmizə xidmətə çağırdı. O vaxtdan bəri mən İsrailin dinamik gerçəkliklərində iştirak etmişəm: təhlükəsizliyin qurulması və sülh uğrunda mübarizə. Odur ki, tarixi öyrənmək üçün mənim heç bir kitaba ehtiyacım yoxdur. Biz yeddi müharibə gördük. Hər kəs bunun əvəzini ağır ödədi. Doğmalarını itirən anaların yanaqlarından hələ də göz yaşları süzülür.  Anım Günlərində döyüşlərdə başsız qalan, gənc oğul və qızlarını itirən ailələrə səssiz dualar hakim olur. Onlar bu gün həyatdan məhrum kimi görünürlər. İsrail yarımçıq sülhün bütöv qələbədən yaxşı olduğunu yaxşı başa düşərək hərbi qələbələrini sülh prosesi ilə əvəzlədi. 

Biz həmçinin iki sülh müqaviləsinə nail olmuşuq. Birincini ən böyük Ərəb ölkəsi olan Misirlə. İkincisini isə İordaniya Haşimilər Kralliği ilə. Müharibə nəticəsində əldə etdiyimiz bütün torpaqlar, su və təbii sərvətləri sülh müqaviləsindən sonra geri qaytardıq. Bizim ölkələr indi digər mübahisəli ərazilər üçün də mümkün vasitələr təklif edə bilər.
Sülh naminə bizim regiona müraciətimiz ziyan dəymiş ətraf mühiti və kasıblığa doğru aparan zərər görmüş torpaqları bərpa etməkdir. Əgər biz səhranın, susuzluğun və çirklənmənin öhdəsindən gəlməsək, onlar bizə qalib gələcəklər. Birgə müəssisələr bu çağırışa cavab ola bilər. Təbiətin milli pasportu yoxdur.
Fələstinlilərlə biz yekun sülh üçün danışıqlar aparırıq. Hər iki tərəf İsraillə çiyin-çiyinə, sülh, təhlükəsizlik və hörmətlə yaşayacaq Fələstin dövlətinin qurulmasına razıdır. Biz danışıqları bu il yekunlaşdırmaq istədik. Amma uzun çəkəcək. Lakin mən inanıram ki, gələn il bitirə bilərik. Danışıqlar vasitəsi ilə aradakı boşluqlar daralıb. Xüsusən də ərazi məsələsi. Lakin sülh təkcə ərazi güzəşti ilə bağlı deyil. Vicdansız siyasətçilər hətta ərazi mübahisəsinin həll olunduğu zaman da sülhü rədd edir.

 

Çıxışın tam mətni


Xarici İşlər Naziri Livninin İran prezidentinin BMT-dəki nitqinə reaksiyası

22 Sentyabr 2008

“Əhmədinecatın BMT-dəki çıxışı təməl şüarı “bir də heç vaxt” olan təşkilatın işlərinin absurd vəziyyətdə olduğunu göstərir. Amma bu hələ ən pisi deyil. İran indi də BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Bu cinayətkara öz hakimi və jürisi olmaq imkanı verməyə bənzəyir. Qonşularının təhlükəsizliyini hədələyən və başqa bir ölkəni məhv etməyə çağıran bir dövlətin beynəlxalq sülhü və təhlükəsizliyi qorumaqla məşğul olan bir quruma üzv olmaq istəyi presedenti olmayan bir absurddur.
İran nüvə silahı proqramını davam etdirdiyinə və terror təşkilatlarını silahla təchiz etdiyinə görə və bununla da Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozduğuna görə sanksiyalarının hədəfindədir. Məsuliyyətli ölkələr İranın həmin sanksiyaların həyata keçirilməsinə görə cavabdehlik daşıyan quruma üzv olmasına dəstək verə bilməz.

İndi İrana qarşı beynəlxalq təzyiqləri artırmaq lazımdır ki, beynəlxalq ictimaiyyətinin tələblərini rədd etməsinin cavabını alsın”.

Xarici İşlər Naziri Livni İsrailin xaricdəki diplomatlarına İranin Təhlükəsizlik Şurasına üzvlüyünə qarşı səylər göstərmək üçün Əhmədinecatın nitqindən istifadə etmək haqqında təlimatlar verib.




 



İsrail Səfirliyi Azərbaycan Turizm İnstitunda sərgi keçirdi
22 Sentyabr 2008

(Böyütmək üçün)

(Böyütmək üçün)

İsrail Səfirliyi sentyabrın 22-də Azərbaycan Turizm İnstitunda “İsrail Azərbaycan gənclərinin gözü ilə” adlı foto sərgi keçirib. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev və İsrailin Azərbaycandakı Səfiri Artur Lenk çıxış edib. Səfir Lenk bildirib ki, bu ilin əvvəlində İsrailə səfər etmiş bir qrup Azərbaycan gənci tərəfindən çəkilən foto şəkillər təkcə İsrailin turizm potensialının deyil, iki ölkə arasında insani əlaqələrin də rəmzini nümayiş etdirir. Səfir Azərbaycanda olduğu üç il ərzində bir çox rayonlara səfər etdiyini və gözəlliyin şahidi olduğunu da bildirdi. O, həmçinin Turizm İnstitunun tələbələrinə Azərbaycan turizminin inkişafına yardım etmək üçün İsraildə təcrübə toplamasına yardımmçı olmağa hazır olduğunu da ifadə edib.
Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev isə İsrailin həm Azərbaycan, həm də bütün dünya üçün əhəmiyyətindən danışıb. O, deyib İsrail təkcə özünün dini və mədəni irsinə görə yox, turizm sektorundakı təcrübəsinə görə də əhəmiyyətli ölkədir. Nazir qeyd edib li, Yerusəlim üç əsas dünyəvi dinin  - Yəhudilik, İslam və Xristianlığın müqəddəs yerlərini özündə cəmləşdirir. Əbülfəz Qarayev bildirib ki, İsrailin təcrübəsini öyrənmək Azərbaycanın turizmin inkişafı sahəsində göstərdiyi səylərinə daha da təkan verəcək.

 

 


Ölü Dənizdə İkinci MDA 2008 Olimpiya Oyunları başa çatdı
19 Sentyabr 2008
(Böyütmək üçün)

Ölü Dənizdə İkinci MDA 2008 Olimpiya Oyunları qaliblərə mükafatların paylanması mərasimi ilə başa çatdı .

Ölü Dəniz ərazisində çətin hava şəraiti altında iki gün davam edən yarışlarda İsrail və dünyanın 12 ölkəsindən olan 200-dən artıq ilkin tibbi yardımçı və paramediklər iştirak edib. Onlar çətin sınaqlar və senarilərdən ibarət yarışda yaralılara və xəsarət alanlara ilkin tibbi yardım göstərib və vertalyotlarla yardımlar gətirib, dəvələrin üzərində Beduin düşərgəsinə gedərək boğulan uşağa kömək edib, razılaşdırılmış və razılaşdırılmamış senariyə uyğun olaraq zərərçəkənlərə dəstək verib, eyni zamanda zədə və ürək problemlərindən əziyyət çəkənlərə qayğı göstəriblər. Bütün bunlar əvəzolunmaz təcrübə, sevincli qələbə və üzülmələrlə müşaiyət olunub. MDA 2008 Olimpiya Oyunları ənənvi bağlanış mərasimi ilə başa çatıb. Müxtəlif səviyyələrdə üç ən yüksək yeri tutana mükafatlar verilib.

Yarışda İsrail Müdafiə Qüvvələri, Maqen David Adom təşkilatı, beynəlxalq yardım təşkilatları, eləcə də Kanada, Çexiya, İngiltərə, Fransa, Almaniya, Hollandiya,  İrlandiya, İordaniya, Norveç, Polşa, Türkiyə və ABŞ-dan olan həkimlər də iştirak edib.

Yarışın sonuncu günü Eyn Gedidə Beynəlxalq Təcili Tibbi Xidmət Konfransı keçirilib. Tədbirdə İsrail, həmçinin ABŞ, Niderland, Fransa, İrlandiya, İspaniya və Avstriyadan nüfuzlu eksspertlər iştirak edib.

Yarışın qalibləri:

 

İsraildən mobil intensiv qayğı heyəti:

 

1-ci yer: Karmel regionu, paramediklər Daniel Qrenspan və Mixael Abu, ilkin yardımçılar – Ariel Kriger və könüllü Rotem Mizraxi ilə; 2-ci yer:  Ayalon regionu heyəti; 3-cü yer: Yarkon regionu heyəti

 

Xaricdən mobil intensiv qayğı heyəti:

 

1-ci yer: Polşa; 2-ci yer:  Hollandiya; 3-cü yer: Delaver, ABŞ

 

Requlyar ambulans heyəti:

1-ci yer: Gilboa regionu, ilk yardımçı Meytal Rafaeli və Lior Markovits, könüllü Saqi Avramov və Yonatan Haruş; 2-ci yer:  Neqev regionu; 3-cü yer: Laçiş regionu

 

Yerusəlim regionu ambulansı da yüksək peşəkarlıq nailiyyətlərinə görə alqışlanıb.

 


İxrac və Beynəlxalq Əməkdaşlıq 2008 Baş Nazir Konfransı
11 Sentyabr 2008
(Böyütmək üçün)

http://www.pmc.co.il

İxrac və Beynəlxalq Əməkdaşlıq 2008 Baş Nazir Konfransı 2008-ci il noyabrın 12-də Yerusəlimdə keçiriləcək və İsrailin müstəqilliyinin 60 illiyi, eləcə də iqtisadi nailiyyətlərinin qeyd olunmasına həsr olunacaq.  Baş Nazir Konfransı 2008 dörd əsas toplantıdan, dörd paralel peşəkar konfranslardan ibarət olacaq ki, onlardan üçü İsrailin innovasiya texnologiyaları sahəsində qazandı