Embassy of Israel in Azerbaijan    
 
  Select Your Language:  
 
 
     
  Advanced search
  Search Tips
 
Home Page
 
Israel Missions
Homepage
 
Our bookmarks
 
Feedback
 
Ministry of Foreign
Affairs (English)
 
Ministry of Foreign
Affairs (Hebrew)

 
Baku - Home Page Add-Ons

Yerusəlimdə terror aktı
2 İyul 2008
(Böyütmək üçün)

Günorta saatları ərəfəsində Yerusəlimdə törədilən terror aktı nəticəsində azı 4 nəfər öldürülüb, 30-dan çox insan isə yaralanıb. Caffa yolunda, Mərkəzi Avtobus dayanacağı ilə Mehane Yehuda dükanı arasında buldozeri nəqliyyatın hərəkəti istiqamətinə sürən terroçu iki sərnişin avtobusunu əzərək aşırıb. Bununla yanaşı bir neçə avtomobil və piyada da buldozarin altında qalıb. Polis atəş açaraq terroçunu öldürüb.

 


İki il girovluqda
25 İyun 2008
(Böyütmək üçün)

2006-cı il iyunun 25-də İsrail Müdafiə Qüvvələrinin əsgəri Gilad Şalit Qəzza ilə sərhədin İsrailə aid olan ərazisində girov götürülüb. Onun oğurlanmasının birinci ildönümündə Həmas Gilad Şalitin səsinin audiyazısını yaymışdı. Bu da girov götürülməsindən sonra onun sağ olmasını təsdiqləyən ilk işarə idi. Şalitin atası Noam audioyazıdakı səsin oğluna məxsus olduğunu təsdiqləmişdi.  
Diplomatik korpus nümayəndələrinə müraciət edən Xarici İşlər Naziri Tsipi Livni bildirmişdi: “Həmas region üçün yaxşı gələcək yaratmaq üçün mövcud olan siyasi proseslərə zərbə vurmaq, regionda öz qəddar istəyini diqtə etmək üçün Gilad Şalitin əzablarından, onun ailəsinin və İsrail xalqının keçirdiyi ağrılı hisslərdən istifadə edir. Həmas Gilad Şalitin həyatı və səhhətinə görə məsuliyyət daşıyır və biz, İsrail hökuməti onu geri evinə qaytaramq üçün bütün mümkün addımları atacağıq”.
Bu səsyazma sözsüz ki, nə qədər vacib olsa da Həmasın törətdiklərinə əvəz ola bilməz. Daha doğrusu, səsyazma əvəzinə Həmas ən azı Beynəlxalq Qırmızı Xaç nümayəndələrinə Gilat Şalitə baş çəkməyə və lazımı tibbi yardım almağa icazə verməlidir. 

Cənubda sakitlik
19 İyun 2008
(Böyütmək üçün)

Sufa sərhəd-yoxlama məntəqəsindən Qəzzaya keçmək üçün növbə gözləyən ərzaq daşıyan maşınlar, 19 İyun  (Photo: Reuters)

Son 7 ildə, xüsusən də İsrailin 2005-ci ildə Qəzza zolağından çıxmasından və Həmasın 2007-ci ilin iyununda bölgəni ələ keçirməsindən sonra Qəzza zolağı boyu yaşayan İsrail yaşayış məntəqləri amansız raket və mərmi atəşinin hədəfinə çevrilib. İsrail hərbi qüvvələrinin isə cənubda mülki vətəndaşlarını qorumaq üçün cavab verməkdən başqa seçimi qalmayıb. Təəssüflər olsun ki, terrorçuların yerli Fələstin əhlisindən canlı divar kimi istifadə etmələri nəticəsində fələstinlilər arasında da itkilər olub. İsrailin terror qrupuna qarşı təzyiqləri qarşısında Həmasın üzləşdiyi çətinliklərin nəticəsi olaraq Misirin irəli sürdüyü təkliflər Qəzza bölgəsində sülhün bərqarar olmasına şərait yaradıb.
Vurğulamaq lazımdır ki, bu təklif İsraillə Həmas arasında danışıqların nəticəsi deyil. Bu məsələ ilə bağlı bütün əlaqələr yalnız Misir hökuməti ilə qurulub. İsrailin terror təşkilatı kimi Həmasa qarşı mövqeyi dəyişməz qalır. Misirin təşəbbüsü Həmasa heç bir lrgitimlik vermir və İsrail beynəlxalq ictimaiyyət tərəfindən Həmasın haqlı təcrid edilməsi üçün təzyiqlərini davam etdirəcək.
Misirin təşəbbüsü ola “sükut vəziyyəti” iyunun 19-da qüvvəyə minib. Bu qtəşkəsin məqsədi terrordan və İsraili atəşə tutmaqdan tamamilə əl çəkmək, Fələstinə qaçaqmalçılığa və hərbi imkanların genişləndirilməsinə son qoymaq, girovluqda olan əsgər Gilad Şalitin azad olunmasına təminat verməkdir. Əgər ölkənin cənub hissəsində sakitlik bərqarar olarsa, İsrail Qəzzaya gətirilən malların sayını və həcmini artıracaq ki, bu da mülki Fələstin əhalisinin həyat tərzinin yaxşılaşdırılmasına yardım edəcək.   
İsrail təkliflərin həyata keçirilməsinə əmin olmaq üçün vəziyyəti yaxından araşdıracaq. Bunun nəticələri bu təşəbbüsün uğurlu olub-olmamasını müəyyən etmək üçün imtahan olacaq. Hansı təşkilatın törətməsindən asılı olmayaraq Qəzza bölgəsindən gələn istənilən terror aktı anlaşmanın fundamental pozulması kimi qarşılanacaq. İsrail pozuntulara və onların nəticələrinə görə Həması məsuliyyətli sayacaq. İsrail ümid edir ki, atəşkəs əldə olunacaq, lakin o hər bir pozuntuya cavab verəcək. Təkliflərin ətrafında mövcud olan bir çox şübhələrə və qeyri-müəyyənliyə görə İsrailin başqa hazır baxışı da var. İsrail bu sükutun çox qısa müddətli və yumşaq olmasından xəbərdardır, Lakin inanır ki, Qəzza probleminin qeyri-zorakı yolla həlli üçün bütün imkanlardan istifadə olunmalıdır.
İsrail Qəzza terrorizmini həll etmək üçün hərbi yolu seçə bilərdi, lakin bunun əvəzində de-fakto atəşkəsi seçdi. Bu addımı bir ümidlə atdı ki, sükut Qəzzadan gələn terro hücumlarına son qoyacaq, İsraillə fələstinlilər arasında qan tökülməsinə səbəb ola biləcək zorakılığın qarşısını alacaq. İsrail Misirin təşəbbüsünü ciddi qarşılayır və onun uğurlu olmasını çox istəyir.

XİN Müavini Uahbi Qırğızıstan və Özbəkistana rəsmi səfərindən döndü
XİN Müavini Uahbinin xüsusi müraciətinə cavab olaraq Özbəkistan hökuməti İsrailə mühacirət edən vətəndaşlarının pensiya hüquqlarının ləğvi haqda qərara yenidən baxmaq qərarına gəlib
(Böyütmək üçün)
XIN Mavini Uahbi Qırğız Nazir Karabayevlə

11 İyun 2008

 

Xarici İşlər Nazirinin müavini Majalli Uahbi Mərkəzi Asiyanın iki aparıcı müsəlman respublikaları  - Qırğızıstan və Özəkistana rəsmi səfərini başa vurub. Səfər zamanı İsrailin nazir müavini Bişkek və Daşkənddə həmkarları ilə, o cümlədən Qırğızıstanın Xarici İşlər Naziri Ednan Karabayevlə görüşüb. Özbəkistanın paytaxtı Daşkənddə Uahbi Xarici İşlər Komitəsi Senatında da görüş keçirib.

Xarici İşlər Nazirinin müavini həmçinin Yaxın Şərqdəki vəziyyət, xüsusən də Fələstin Adminstrasiyası və Suriya ilə danışıqlar barədə məlumat verib. O, həmçinin həmsöhbətləri ilə İran məsələsi ətrafında fikir mübadiləsi aparıb və İranla sərhədləri olan ölkə kimi onların İranın yaratdığı təhlükə ilə bağlı narahatlıqları haqda fikirlərini dinləyib. Nəhayət, Uahbi müxtəlif sahələrdə, o cümlədən terrora qarşı mübarizə, siyasi və kənd təsərrüfatı sektorunda, MAŞAV və ya digər məsələlərdə ikitərəfli əməkdaşlıq imkanlarının geniş vurğulayıb.
Hökumət rəsmiləri ilə görüşündə cənab Uahbi Özbəkistandan İsrailə mühacirət edən və Özbəkistanda uzun illər əmək fəaliyyəti göstərməklə təqaüd hüququ qazanan on minlərlə imiqrantın pensiya hüquqlarının ləğvi məsələsini gündəmə gətirib. Özbək rəsmilər onun müraciətinə pozitiv cavab verib və bu məsələyə yenidən baxmağa razılıq verib.


Azərbaycan və İsrail enerji əməkdaşlığı və sülhü yaymaq axtarışında
4 İyun 2008

 İsrailin Milli İnfrastrukturlar Naziri Benyamin Ben Eliyezer iyunun 2-3-də ikinci dəfə Bakıya səfər edib. İsrailli nazir səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Sənaye və Energetika Naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb. Azərbaycan rəsmiləri ilə görüş zamanı tərəflər İsraillə Azərbaycan arasında xüsusən də enerji sahəsində inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığı müzakirə edib.

Nazir Ben Eliyezer İsrailin enerji sektorunun qarşıdakı illərdə inkişafı, o cümlədən təbii qazdan istifadənin artırılması, maye qaz imkanlarının yaradılması, Türkiyənini Ceyhan limanı ilə İsrail arasında Med Stream adlanan enerji dəhlizinin qurulması planını təqdim edib. 15-ci Xəzər Neft-Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı Nazir Azərbaycanı və digər ölkələri bu layihələrdə iştirak etməyə çağırıb. O, vurğulayıb ki, bu layihələr İsrail və onun qonşularına səmərə gətirməklə yanaşı Yaxın Şərqdə sülhün yayılmasına da təkan verəcək.


İSRAİLIN AEBA-NIN İRANIN NÜVƏ PROQRAMINA DAIR HESABATINA MÜNASİBƏTİ
AEBA: İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hələ də əməl etmir

29 May 2008

 

Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Direktorunun hesabatı bird aha təsdiqləyir ki, İran BMT Təhlükəsizlik Şurasının qətnamələrini rədd etməkdə israrlıdır. Hesabat İranın nüvə fəaliyyətinin hərbi məqsədlərlə olması aspektlərini müəyyən edir.

Hesabatda qeyd olunur ki, AEBA İranın nüvə proqramına ciddi narahatlıqla yanaşır. AEBA ona təqdim olunan məlumatlara yüksək etimad göstərsə də, İran hələ də aldatma və yayınma yolunu tutmaqdadır. İran beynəlxalq ictimaiyyətin narahatlıq və qorxusunu aradan qaldırmaq üçün tutarlı heç bir cavab addımı atmır.

İsrail bir daha beynəlxalq ictimaiyyətin üzvlərinə müraciətini təkrar edir və İranı nüvə silahı əldə etmək yolunda təhlükəli planından əl çəkmək üçün təzyiqləri artrmağa çağırır.

İsrail Çində zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərib
26 May 2008
(Böyütmək üçün)
2008-ci il may ayının 25-də İsrail təyyarəsi ötən həftə Çinin Siçuan əyalətində baş vermiş zəlzələdən zərər çəkənlərə humanitar yardım aparmaq məqsədi ilə Çenqu şəhərinə üz tutub. İsrail Korparasiyası və onun subsidiyalarının sponsorluğu ilə yardım işlərinı nəzarət edən Xarici İşlər Nazirliyi 1,5 milyon dollardan artıq vəsait toplayıb. Daha yarım milyon dollar isə United İsrael Appeal vasitəsilə Yəhudi Diane və Gilford Glazer tərəfindən toplanılıb. Təyyarəyə təqribən 90 ton dərman və tibbi ləvazimatlar, su təmizləyici avadanlıqlar, generatorlar, çadırlar, yataq çantaları, xilasedici dəstələr üçün nəzərdə tutulan geyim yüklənib.  Yardımdan əvvəl isə İsrailin Pekindəki səfirliyi Çin Qırmızı Xaç Cəmiyyətinin hesabına pul köçürmüşdü. Bu vəsait təbii fəlakətdən dərhal sonra evakuasiya işləri, Çinə gətirilən yataq çantaları, üst örtüklərinin daşınmasına yönəldilmişdi. Baş Nazirin müavini və Xarici İşlər Naziri Tsipi Livni bazar günü saat 8-də Ben Qurion Beynəlxalq Hava Limanında xüsusi mərasimi açıb və təntənəli olaraq yük Çinin İsraildəki səfirinə təqdim edilib. Xanım Livni mərasimdə deyib: “İsrail Çinlə isti münasibətlərini ifadə etmək üçün bu səhər etdiklərimiz bizim üçün ən minimumdur. Faciə baş verən kimi biz Çinə müraciət edib biz nə edə bilərik sualını verdik. Onlarla əlaqə saxlayaraq bu səhər yardım dolu təyyarəni Çinə göndəririk. Bu bizim edə biləcəyimizin çox az hissəsidir. İsrailin faciənin baş verdiyi yerlərə yardım etmək istəyi onun dünyanın qalan ölkələri ilə əlaqələrinin humanitar hissəsidir”.

İsrailin Naziri Şalom Simhon Bakıya səfər edib
19 May 2008
(Böyütmək üçün)

İsrailin Kənd Təsərrüfatı və Kənd İnkişafı Naziri Şlom Simhon 2008-ci il may ayının 15-18-də Bakıda səfərdə olub. Səfər zamanı nazir Simhon Azərbaycan prezidenti İlham Əliyev, Kənd Təsərrüfatı Naziri İsmət Abbasov və İqtisadi İnkişaf Naziri Heydər Babayevlə görüşüb. Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparıb. Azərbaycan rəsmiləri Azərbaycanın kənd təsərrüfatının inkişafında İsrail texnologiyası və təcrübəsindən istifadənin vacibliyini vurğulayıb. İsrailin naziri isə ölkəsinin yeni texnologiyasını İsrail üçün dost və strateji partnyor olan Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Cənab Simhon həmçinin Məhəmmədli kəndində yerləşən Azərbaycan-İsrail birgə müəssisəsi olan və İsrail texnologiyası əsasında yaradılan Çiyələk Fermasına baş çəkib. Partnyorlar yerli və beynəlxalq bazarlara çıxarmaq üçün İsrail texnologiyasından istifadə etməklə yüksək keyfiyyətli və dadlı çiyələklərin necə yetişdirilməsi barədə məlumat verib.
Nazir Simhon İsrail və Azərbaycan iş adamlarının da qatıldığı Kənd Təsərrüfatında İsrailin Biznes İmkanları mövzusunda seminarda öz baxışları ilə bölüşüb.


Qubada dostluq rəmzi olan ağaclar əkildi
14 May 2008
(Böyütmək üçün)

İsrailin Azərbaycandakı səfirliyi 60 illik yubiley tədbirlərini davam etdirir. Bayram tədbirləri çərçivəsində İsraildən Qubaya iki ölkə arasında dostluğun rəmzi olaraq 60 Yerusəlim şamı gətirilib. Ağacların sayı İsrailin 60 illik yubileyinin simvoludur. Səfir Artur Lenklə yanaşı ağacəkmə mərasimində Quba rayonu İcra Hakimiyyətinin Başçısı Rauf Həbibov və Qubanın Yəhudi İcmasının nümayəndələri iştirak ediblər.

 

Səfir Lenk çıxışı zamanı bildirib ki, ağacların əkilməsi iki ölkə arasında olan dostluğun güclənməsinə işarədir. Cənab Lenk həmçinin gələcəkdə Azərbaycana qayıdaraq böyümüş ağacları seyr edəcəyinə də söz verib.

 

Quba rayonu İcra Hakimiyyətinin Başçısı Rauf Həbibov isə bildirib ki, tarixi köklərə malik Yəhudi İcması sayəsində Quba İsraillə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrində özünəməxsus yer tutur. Daha sonra səfir Lenk rayon rəhbəri və icma nümayəndələri ilə birlikdə Heydər Əliyev parkında ağac əkdilər. Ağacəkmə mərasimi Krasnaya Sloboda qəsəbəsində də davam etdi.

 


İsrail 60 yaşında: Azərbaycan bizim gələcəyə baxışımızın vacib hissəsidir
12 May 2008
(Böyütmək üçün)

“Yeni Azərbaycan” (Azərbaycan dilində), “Ekspress” (Azərbaycan dilində) və “Zerkalo” (Rus dilində) qəzetləri İsrailin Azərbaycandakı səfiri Artur Lenkin İsrail Dövlətinin yaranmasının 60 illik yubileyi ilə bağlı məqaləsini dərc edib.

 

“...Bu gün 2008-ci il mayın 8-də İsrail (yəhudi ay təqviminə görə) müstəqilliyinin 60 illiyini qeyd edir. Ölkəmiz bir dövlət üçün 60 illik qısa zaman kəsiyində böyük və qeyri-adi nailiyyətlər əldə edib. Bu müddətdə İsrail heç bir təbii ehtiyatı olmayan inkişafdan qalmış, acı və zorakı münaqişəyə sövq edilmiş kiçik bir ölkədən elm, yüksək texnologiya və innovasiyaya söykənən davamlı iqtisadiyyata malik inkişaf etmiş müasir və uğurlu cəmiyyətə çevrilib. Əlbəttə, qeyd etmək üçün çox səbəblər olduğu kimi görüləsi işlər də çoxdur.  Mən inanıram ki, İsrailin Azərbaycanla inkişaf edən əlaqələri mübarizə apardığımız hədəflərə doğru konkret istiqamət göstərə və onun rəmzi ola bilər...”.

 

Məqalənin Azərbaycan dilində tam mətni

Məqalənin İngilis dilində tam mətni

 

Həmçinin burada İsrailin 60 illiyiyinə həsr olunan kiçikhəcmli filmi izləyin

 

Çap görünüşü